27.03.2017

Rusiyada iki təyyarəni ildırım vurub

Pulkovo aeroportuna eniş edən iki təyyarəni ildırım vurub. 

METBUAT.info Rambler news-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Aviadispetçer xidmətində olan mənbənin məlumatına görə, Samaradan səmaya qalxan “Boeing 737” təyyarəsinin komandiri enişdən öncə ildırım vurması barədə bildirib.

15 dəqiqə sonra ildırım vurmasına dair məlumatı Moskvadan səmaya qalxan digər təyyarənin komandiri məlumat verib.

İldırım o qədər güclü olub ki, təyyarənin komandirləri bir neçə saniyə kabinənin işığa qərq olduğunu deyiblər. Pilotlar hətta bir neçə saniyə ətrafda heç nəyi görmədiklərini bildiriblər.

Hər iki halda təyyarə Pulkovo aeroportunda uğurlu eniş edib. Texniki baxış zamanı hər iki təyyarənin səthində ildırım vurmasının izləri aşkar edilib.

a>