31.03.2017

Rusiyada eyvanın məhəccərindən asılı qalan çılpaq kişi yıxıldı – VİDEO

Rusiyanın Tolyatti şəhərində çılpaq kişi yaşayış evlərindən birinin eyvanının məhəccərindən asılı qalıb.

METBUAT.info xəbər verir ki, “Vkontakte”də “Tolyatti əhvalatları” qrupunun məlumatına görə, hadisə yerinə gələn polislər ona mənzilə qayıtmağa yardım etməyə çalışsalar da kişi yıxılıb.

Həmin şəxs xoşbəxtlikdən sağ qalıb, o, xəstəxanaya yerləşdirilib.

Bu hərəkətin səbəbləri aydınlaşdırılır.

a>