27.03.2017

Rusiya vətəndaşları bu ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedəcək

“Yaxın zamanlarda Rusiya vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gələ biləcəklər.

METBUAT.info Turizm fins.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada yaşayan ruslarla görüşü zamanı bildirib.

Nazir deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə pasport əvəzinə, şəxsiyyət vəsiqəsi ilə də gələ bilməsi üçün hazırlıq işlərinə başlanılıb:

“Bunun üçün hava limanlarında şəxsiyyət vəsiqələrini oxuya biləcək cihazlar qurulur”.

M.Çavuşoğlu hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.