24.03.2017

Rusiya və Türkiyə terrorla mübarizəni müzakirə edəcəklər

Martın 29-da Moskvada Rusiya və Türkiyə XİN-ləri arasında terror və mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair məsələ ətrafında ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

METBUAT.info xəbər verir ki, APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Danışıqlarda Rusiya tərəfini XİN rəhbərinin müavini Oleq Sıromolotov təmsil edəcək.

Qeyd edək ki, danışıqların əvvəlki raundu Ankarada 2016-cı ilin oktyabrında keçirilmişdi.

a>