13.03.2017

Rusiya Türkiyə və Niderlandı barışığa səslədi

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib. Peskov tərəfləri təmkinli olmağa çağırıb.

Putinin mətbuat katibi jurnalistlərə açıqlama verərək həm Türkiyəni, həm də Niderlandı təmkinli və konstruktiv olmağa səsləyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bugün rusiyalı həmkarı Sergey Lavrovla telefon vasitəsilə danışıb. Tərəflərin danışığında Astana prosesi və Suriyadakı son vəziyyət müzakirə edilib.

a>