15.03.2017

Ərdoğan və Putin "S-400" mövzusunda razılaşdılar

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti Peskov bu barədə açıqlama verib. Açıqlamaya əsasən Putin və Ərdoğan "S-400" sistemi barədə razılığa gəliblər.

Bir neçə gün əvvəl Moskvaya rəsmi səfər edən Ərdoğan Putinlə görüşmüşdü. Görüşdə müzakirə edilən məsələlərdən biri də "S-400" raket müadifə sistemi idi.

Əgər Türkiyə "S-400" raket sistemini alsa, rus müdafiə sisteminin quraşdırıldığı ilk NATO dövləti olmayacaq. Çünki Yunanıstanın Girit adasında "S-300" hava müdafiə sistemi var. Sözügedən "S-400" sistemi üçün Rusiya ilə müqavilə imzalayan ilk xarici dövlət Çin, sonra isə Hindistan olub.