31.03.2017

Ərdoğan Azərbaycan dilində tvit yazdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasına Azərbaycan dili də daxil olmaqla 8 dildə “Rəqaib gecəsi” mesajı “göndərib”.

METBUAT.info xəbər verir ki, Ərdoğan bu təbriki “Tvitter” hesabında yazıb:

“Millətimizin və bütün islam aləminin müqəddəs Rəqaib qəndilini təbrik edirəm.

Rəbbimdən Rəqaib qəndilinin və müqəddəs üç ayın bütün bəşəriyyətə sülh və əmin-amanlıq gətirməsini diləyirəm”.