16.03.2017

Ərəblərin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb – VİDEO

Zəngin ərəb şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.

METBUAT.info xəbər verir ki, baku.ws-in məlumatına görə, Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər heyvan və quşları ovlamaqla məşğul olublar.

Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycana hazırlıqlı gəliblər.