28.03.2017

Ramil Usubov BƏƏ-də səfərdədir – FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb,

Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, R.Usubov həmçinin baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.









a>