20.03.2017

Qızının ölümündə özünü günahkar bilən ata intihar edib

Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

METBUAT.info-nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.