31.03.2017

Qızlarının hamilə olduğunu öyrənən valideynlər onu 16 il qapalı yerdə saxladılar

Braziliya polisləri 16 il qapalı məkanda qalan qadını azad ediblər.
METBUAT.info oxu.az və life.ru-ya istinadən xəbər verir ki, bu barədə “Daily Mirror” yazır.

Valideynləri Mariya Lusiyanı üç kvadratmetrdən ibarət otaqda əsir saxlayıblar, səbəb isə onun hamilə qalması olub.

Dünyaya gələn uşağı, braziliyalı qadının atası və qardaşı başqa ailəyə veriblər. 36 yaşlı Lusiyanın yaşadığı otaqda ayaqyolu və işıq olmayıb. Qadın döşəmədə yatıb.

Onun haqqında polisə naməlum şəxs xəbər verib. Hüquq-mühafizə orqanları artıq qadının valideynlərini saxlayıb.

a>