19.03.2017

Quranın içindən silah çıxdı VİDEO

Türkiyədə, "Kurtlar vadisi" serialının ilk seriyalarından birində nümayiş edilən səhnə həqiqət olub.

METBUAT.info
missiya.az-a istinadən xəbər verir ki, Qurani Kərimin səhifələrini kəsərək burda silah gizlədən şəxs polis tərəfindən saxlanılıb.

Məlumata görə Aydın vilayətinin Kuşadası rayonunda M.U.K. adlı şəxs şübhəli hərəkətləri səbəbindən polis tərəfindən dayandırılıb.

Şübhəli şəxsin üzərində axtarış aparan polis onun çantasından, vərəqləri kəsilərək içinə tapança yerləşdirilmiş Qurani Kərim aşkarlayıb.

Müqəddəs kitabın içərisindən 9 mm-lik tapança, 2 güllə darağı və 34 ədəd güllə aşkarlanaraq polis tərəfindən götürülüb. Saxlanılan şübhəli M.U.K. isə bölmədə dindirildikdən sonra azadlığa buraxılıb.

Baş verənlər, illər əvvəl "Kurtlar vadisi" serialında nümayiş edilən bir səhnəni xatırladıb. Həmin səhnədə, din xadimi paltarı geyinmiş sui-qəsdçinin əlində tutduğu Quranın içində silah gizlədildiyi göstərilmişdi.

a>