9.03.2017

Qoz və fındıq ləpəsinin qiyməti artıb

Azərbaycanda qoz və fındıq ləpəsi kəskin bahalaşıb.

METBUAT.info-nun məlumatına görə, AzNews.az xəbər verir ki, son iki gündə Bakının bazar və iki market şəbəkəsində qoz və fındıq ləpəsinin qiymətində kəskin artım müşahidə olunub.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Davud” marketdə 1 kiloqram qoz ləpəsinin qiyməti 25-23, fındıq ləpəsi isə 22 manata satılır.

Satıcılar bunun səbəbini quru meyvələrin topdansatış mərkəzlərindən baha alınması və Novruz bayramı ilə əlaqələndirirlər.

a>