12.03.2017

Qeyri-adi restoran: Masanın üstündə aşpaz peydə oldu – VİDEO

Təsəvvür edin: Restorandasınız, yemək sifariş etmisiniz. Bir də görürsünüz ki, masanın üstündə balaca bir aşpaz peyda oldu, manqal hazırladı, əti közün üstünə qoydu, elə masanın üstündə yetişən kartof və kahını əlavə elədi.

METBUAT.info oxu.az-a istinadən xəbər verir ki, Fransanın dünyaca məşhur “Le petil chef” restoranında müştəri olsanız eyni ilə bu mənzərə ilə qarşılaşacaqsınız.

Əlbəttə, bütün görünənlər proyektorlarla göstərilirdi. Ancaq ideya müştəri məmnunuluğunun artırıllması üçün nəzərdə tutulub, fikrimizcə buna da nail olunub.