24.03.2017

Qəbələyə qar yağdı – FOTO

Qəbələ rayonuna yazın ilk günlərində qar yağıb.

METBUAT.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qəbələ sakinləri tam yaz havasına kökləndikləri vaxt, əsl qarlı-şaxtalı hava sürprizi ilə qarşılaşıblar.

Qeyd edək ki, yaz fəslinin başlamasına baxmayaraq Azərbaycanın bəzi rayonlarına qar yağıb.