31.03.2017

Qəbələdə qısqanc ər arvadının qanını tökdü

Qəbələ rayonu Böyük Pirəli kəndində qətl hadisəsi törədilib.

METBUAT.info-nun APA-ya istinadən məlumatına görə, kənd sakini 1982-ci il təvəllüdlü Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.

Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.

Vasif Ağababyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

a>