16.03.2017

Qaradağda itkin düşən məktəblinin meyiti tapılıb

Martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

METBUAT.info APA-ya istinadla xəbər verir ki, Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.

Polisdən T.Sultanovun orta məktəb şagirdi olduğu bildirilir.