16.03.2017

Qarabağla bağlı qətnamələrin icrasına maneçilik törədilməməlidir

“Dünya 1945-ci ilin dünyası deyil, amma o dövrün mentaliteti ilə idarə olunur”.

METBUAT.info-nun APA-ya istinadən məlumatına görə, bunu Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, güc bir çox mərkəzlər tərəfindən bölüşdürülməlidir.

“Suriya və Dağlıq Qarabağ münaqişələrində gördüyümüz kimi beynəlxalq ictimaiyyətinin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb. BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir. Biz ümumi sivilizasiya naminə mübarizə aparmalıyıq”, - deyə şahzadə bildirib.