28.03.2017

Qarabağda erməni əsgəri ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda erməni əsgəri ölüb.

METBUAT.info Oxu.az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü hərbi qulluqçu Artak Edikoviç Rafaelyan martın 28-də saat 13:00 radələrində ölümcül güllə yarası alıb.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.