27.03.2017

“Qara qızıl”ın qiyməti açıqlandı

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

METBUAT.info Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,05 dollar və ya 0,10% geriləyərək 50,75 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar, yaxud 0,27% azalaraq 47,84 dollar təşkil edib.