15.03.2017

Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan martın 15-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

METBUAT.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, tərəflər həmçinin siyasi, iqtisadi-ticarət və humanitar-mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Avrasiya məkanında inteqrasiyanın inkişafının perspektivləri müzakirə edilib.