31.03.2017

Putin və Medvedev Arktikaya səfər ediblər – VİDEO

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Arktika bölgəsindəki zibil toplama işini qiymətləndirmək üçün Frants İosif arxipelaqındakı Aleksandra adasına gedib.

METBUAT.info faktxəbər-ə istinadən məlumat verir ki, Putin və Medvedevi səfər zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu da müşayiət edib.

Arktikada aparılan işlərlə bağlı təbii ehtiyatlar naziri Sergey Donskoy Putin və Medvedevi məlumatlandırıb. Donskoy bildirib ki, regionda görülən işlər zamanı 42 min ton zibil təmizlənib.