15.03.2017

Putin Ulukayevi “sərbəst buraxdı”

Rusiya prezidenti Vladimir Putin “Ulukayevi sərbəst buraxmağa” hazırdır.

METBUAT.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Dojd” telekanalına yüksəkvəzifəli məmur bildirib.

Telekanalın digər mənbəyinin sözlərinə görə, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin sabiq rəhbərinin ittiham edildiyi maddə yüngülləşdirilə bilər.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin sabiq rəhbəri Aleksey Ulukayev “Rosneft” şirkətinin “Başneft” səhmlərinin dövlət paketini almağa imkan verən nazirliyin müsbət qiyməti üçün iki milyon dollar həcmində rüşvət alarkən yaxalanıb.