15.03.2017

Putin Sarkisyanı dəstəklədi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Serj Sarkisyanın rəhbərliyi altında parlament seçkiləri və konstitusiya islahatları ilə əlaqədar mürəkkəb inkişaf mərhələsini keçəcəyinə ümid etdiyini bildirib.

METBUAT.info / Oxu.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Biz bilirik ki, görüşümüz həmçinin Ermənistanda daxili siyasi hadisələrə hazırlıq fonunda keçirilir. Aprelin 2-də parlament seçkiləri olacaq, bu həm də konstitusiya islahatları ilə əlaqədardır. Proses sadə proses deyil, amma mən əminəm ki, sizin rəhbərliyiniz altında Ermənistan bu mürəkkəb inkişaf mərhələsini də keçəcək. Biz sizə səmimi qəlbdən uğurlar arzulayırıq”, - Putin Ermənistan prezidenti ilə görüş zamanı deyib.

Ermənistan prezidenti Serj Sarkisyan öz növbəsində Putinə Moskvaya dəvət üçün təşəkkür edib və qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq fasiləsiz olaraq zənginləşir.

a>