29.03.2017

Putin Frans-İosif Torpağında buz qırdı

Rusiya prezidenti Vladimir Putin Frans-İosif Torpağı arxipelaqına səfəri zamanı buzlaqdan bir neçə parça buz qırıb.
METBUAT.info-nun xəbərinə görə, bu barədə çərşənbə günü, martın 29-da, TASS nəşri yazır.

Rusiya liderinə qlobal buzlaşmanın öyrənilməsi üçün nəzərdə tutulan buz mağarasını göstəriblər. Putin buzqıranla bir neçə buz parçası kəsərək tədqiqatçılara verib, sonra isə mağarada gəzib.

Bu buz parçalarında olan hava qovuqcuqlarının köməyi ilə alimlər bir neçə yüz il əvvəl Yer kürəsində olan atmosferin tərkibini araşdıra biləcəklər.

Rusiya prezidentini səfər zamanı ölkənin baş naziri Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu və Təbii Sərvətlər və Ekologiya naziri Sergey Donskoy müşayət ediblər.