24.03.2017

Prezident İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu təbrik edib.

METBUAT.info-nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab prezident. Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”.

a>