13.03.2017

Polisi şantaj edən şəxslər tutulub

Biləsuvarda polisi şantaj edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən METBUAT.info-ya verilən məlumata görə, martın 10-da Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib, ondan 3000 manat pul tələb etdiyini bildirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

a>