12.03.2017

Peskov: Putin və Tramp G-20 sammitində görüşə bilər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu ilin iyulunda Hamburqda G-20 sammitində görüşə bilər.

METBUAT.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov CNN telekanalına müsahibəsində bildirib.

D. Peskov görüşün daha tez baş tutmasını da istisna etməyib.