31.03.2017

Öz toyunda qardaşını öldürən bəyin həyat hekayəsi – VİDEO

ARB Tv-nin “Rezonans” verilişində keçmiş məhkum Məmməd Kərimovun həyat hekayəsi təqdim edilib.

METBUAT.info xəbər verir ki, o, 8 il həbsxana həyatından və ora nəyə görə düşməsi haqqında danışıb:

“Toy günüm idi. İçkili olmuşam. Restoranın həyətində dost-tanışla söhbət edirdik. Bir nəfərlə söhbətim düşdü. Qardaşım dedi ki, indi lazım deyil. Hamı sənin əhatənə toplaşıb, qonaqları yola salaq söhbət edərik. Elə oldu ki, bu adam məndən əl çəkmədi. Restoranın mətbəxinə keçdik, tutuşduq. Əlimə bıçağı almışdım ki, qardaşım araya girdi, səhvən ona vurdum. Əvvəl elə bildim ki, qoluna vurmuşam. Bayıra çıxdım, sonra səhəri gün bildim ki, qardaşımın ürəyinə vurmuşam və ölüb”.

Həmin verilişin videoyazısını təqdim edirik:

a>