8.03.2017

“Oskar-2017”-nin ən bahalı zinət əşyaları

Qızılın bütün çalarları –ağ, sarı, çəhrayı, iri brilyantlar və rəngli daş-qaşlar, qeyri-adi dizayn və nadir naxışlar bütün bunlar “Oskar-2017” təqdimat mərasimində göz qamaşdırırdı.

METBUAT.infa Lenta.ru-ya istinadən saat və aksesuarların seçimində zərifliyə üstünlük verən ulduzların fotolarını təqdim edir.



Aktrisa Cesika Bil

Müğənni Castin Timberleykin arvadı və “Peyğəmbər” filminin ulduzu Kaufman Franco-dan olan libasına Tiffany & Co. “Yağışlı meşə pıçıltısı” kolyesini və Schlumberger xəttinin bir neçə üzüyünü taxaraq rəngləndirib.



Aktyor Ceremi Dornan
Smokinqini Trinity de Cartier qol düymələri və Drive de Cartier Extra-Flat xəttinin saatı ilə bəzəyib.



Aktrisa Alisiya Vikander
“Oskar”-2016 sahibi olan aktrisa Bulgari brnedinin zinət əşyalarını: Divas' Dream kolyesini və brilyant qaşlı üzüyünü taxıb.



Aktrisa Şarliz Teron
“Oskar”-2004 sahibi bu il mərasimdə həmkarlarını təbrik etmək üçün səhnəyə Chopard-un brilyant sırğaları və High Jewelry-a çməxsus üzüklə çıxıb.



Müğənni Castin Timberleyk
2000-ci illərin yeniyetmələrinin kumiri Castin Timberleyk smokinqini Trinity de Cartier qol düymələri və ağ qızıldan olan düymələrlə bəzəyib.



Aktrisa Lora Dern
Aktrisa Serpenti-nin brilyant sırğaları və Bulgari zərgər-saat evinin üzüyünü taxıb.



Aktrisa Sandra Xyuller (solda)
Cactus de Cartier brendinin 2016-cı ildə təqdim edilmiş kolleksiyasından: sırğa və üzük taxıb.



Aktrisa Naomi Harris
İkinci dərəcəli rola nominasiyada namizəd olan aktrisa mərasimə Bulgari brendinin brilyant sırğa və qolbaqla gəlib.



Aktrisa Dokota Conson
Aktrisa Cartier-in 1958-ci il kolyesini, 1946-cı il üzüyünü və 1945-c il üzüyünə üstünlük verib.



Aktyor Ceremi Renner
Qırmızı xalçaya çıxış üçün o, Chopard L.U.C 1937 saatını seçib.



Aktrisa Emma Stoun
Givenchy-dən olan paltarını Tiffany & Co “Yağışlı meşənin pıçıltısı” sırğaları və “Dünən, bu gün və sabah” üzüyü ilə tamamlayıb.



Rejissor Demyen Şazell
O, mərasimə klassik Jaeger-LeCoultre Master Ultra Thin Small Second saatını taxıb.



Rəqqasə və aktrisa Sofiya Butella
Aktrisa Chanel-dən olan paltarını Chanel Fine Jewellery bəzəkləri eləcə də Plume kolleksiyasının sırğaları ilə bəzəyib.



Rejissor Barri Cekins
Kino akademiklərinin fikrincə ən yaxşı rejissor, belə ki, onun “Ay işığı” filmi ilin ən yaxşı filmi olub, mərasimə Montblanc Star Classique saatını taxıb.

a>