8.03.2017

Olland və Sarkisyan Qarabağ məsələsini müzakirə ediblər

Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

METBUAT.info-nun məlumatına əsasən, bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Biz ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədriyik. Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, deyə S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib.

a>