14.03.2017

Oğlunu az pul qazandığı üçün vəhşicəsinə döyən ata danışdı – VİDEO

Öncə döydü, daha sonra başını küt qayçıyla qırxdı. Bakıda oğlu az pul qazanır deyə, atası onu bu günə qoydu.

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan bir foto, demək olar ki, hər kəsin marağına səbəb olub. Bir ata övladı az pul qazanır deyə onu döyərək işgəncə verib. Elxan İbadov atası tərəfindən zorakılığa məruz qalıb. Belə ki, evə az pul gətirdiyi və atasının istəklərini tam yerinə yetirə bilmədiyi üçün atası onu bu hala salıb. Döyüləndən sonra isə Elxan bir təhər özündə güc toplayıb və evdən qaçıb.

METBUAT.info xəbər verir ki, Xəzər TV-nin əməkdaşları həmin ata və oğulla görüşüblər.

Elxanın sözlərinə görə, atasının ona qarşı törətdiyi ilk belə hal deyil. Daim atası tərəfindən bu tip zorakılıqlara məruz qalır. Səbəb isə hər zaman dəyişmir, niyə az pul qazanırsan?

Onun isə indi tək istəyi atasının atalıq hüququndan məhrum olmasıdır. Ata isə oğluna qarşı törətdiyi zorakılığı təsdiqləyib və bunu niyə etməsini isə belə əsaslandırıb.

Siyab İbadovun sözlərinə görə, hər bir övladın borcu atasına baxmaq, onun sözündən çıxmamaqdır. Əgər övlad bunlara riayət etmirsə, o zaman cəzası da belə olur.

Kimin haqlı, kimin haqsız olduğunu bilməsəkdə, amma dəyişməyən bir fakt var ki, heç bir günahın cəzası bu şəkildə olmamalıdır. Valideyn övladı döyərək yox, ona düzgün yolu başa salaraq tərbiyələndirməlidir.

a>