8.03.2017

Obama Trampa görə qəzəbləndi

ABŞ-ın sabiq prezidenti Barak Obama Donald Trampın telefon danışıqlarının dinlənilməsinə dair ittihamlarından qəzəblənib.

METBUAT.info-nun xəbərinə görə, bu barədə çərşənbə axşamı, martın 7-də, The Wall Street Journal nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, Obama respublikaçının sözlərini təhqir kimi qəbul edib, lakin yeni prezidentin hər ittihamına cavab vermək niyyətində olmadığını bildirib.

a>