12.03.2017

Niderlandın İstanbuldakı konsulluğu üzərində Türkiyə bayrağı qaldırılıb – VİDEO

Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər.
METBUAT.info Report-a istinadən xəbər verir ki, barədə Hürriyet Daily News məlumat yayıb.

Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.

Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.