13.03.2017

Niderlandın baş naziri: Türkiyədən üzr istəməyəcəm

Niderlandın baş naziri Mark Ryutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmaqdan imtina etməsi ilə əlaqədar hökumət adından üzr istəməyəcəyini bildirib.

METBUAT.info xəbər verir ki, bu barədə “Wakker Nederland” telekanalı məlumat yayıb.[oxu.az]

“Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm”, - o bəyan edib.

“Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər”, - deyə Ryutte əlavə edib.

Bundan başqa, Ryutte bildirib ki, ona üzr istəməsi haqqında sual vermiş jurnalistlər ağıllarını itiriblər.

a>