12.03.2017

Niderlandın baş naziri Türkiyə ilə barışmaq istəyir

Niderlandın baş naziri Mark Rötte Türkiyə ilə gərginləşən münasibətləri yoluna qoymağa çalışacağını bildirib.

METBUAT.info-nun Report-a istinadan verdiyi xəbərinə görə, bu barədə "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, Niderland hökuməti "gərginliyin azaldılması üzərində işləri davam etdirəcək".

"Əgər Türkiyə gərginləşmə yolunu seçərsə, cavab vermək məcburiyyətində qalacağıq, lakin biz gərginliyin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.