25.03.2017

Neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

METBUAT.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,57% artaraq 47,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,47% artaraq 50,80 dollar olub.