29.03.2017

Nazirlər Kabineti vəzifəli şəxslərlə bağlı qərar verib

Nazirlər Kabineti vəzifəli şəsxlərlə bağlı yeni məsuliyyət müəyyənləşdirib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarları baş nazir Artur Rasizadə imzalayıb.

“Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən, bundan sonra büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Bundan başqa, “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda da dəyişiklik edilib. Belə ki, Gömrük sisteminin inkişaf fondunun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Digər dəyişiklik isə “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə bağlıdır. Qaydada edilən dəyişikliyə əsasən, bundan sonra diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Nazirlər Kabineti “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda, “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda, “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nda, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nda da eyni məzmunlu dəyişiklik edib.

a>