16.03.2017

Nazir müavini: Alış-veriş mərkəzləri adamlarla dolu olur

Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda alış-veriş və ticarətin zəifləməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

METBUAT.info Ölkə.Az-a istinadən xəbər verir ki, S.Ələkbərov Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı yayılan bu cür məlumatların doğru olmadığını söyləyib:

“Bəziləri yazır ki, guya dövriyyə, ticarət, alış-veriş yoxdur və sairə. Amma bu doğru deyil.
İnanmırsınızsa, axşamlar alış-veriş mərkəzlərinə gedin, hər şeyi özünüz görəcəksiniz. Alış-veriş mərkəzləri adamlarla dolu olur”.

a>