25.03.2017

“N brothers”in üzvünün atası anasını öldürdü

Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.

METBUAT.info xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən salamnews.org-a verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu, 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Abşeron Rayon Prokurorıuğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.

Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

a>