13.03.2017

Musiqiyə sevgisi ilə sosial şəbəkələri fəth edən pişik – VİDEO

Sahibinin sintezatorda ifasını məmnuniyyətlə dinləyən pişiyin videosu sosial şəbəkələrdə geniş populyarlıq qazanıb.

METBUAT.info xəbər verir ki, videonu İstanbuldan olan musiqiçi Sarper Duman Instagram hesabında yerləşdirib.

Bir neçə gün ərzində videonu iki milyondan çox istifadəçi izləyib.

Qeyd olunur ki, Sarper Dumanın bir neçə ev heyvanı var və o, mütəmadi olaraq onlar üçün konsert təşkil edir.[oxu.az]