13.03.2017

Moskvada azərbaycanlılar ağır yol qəzasına düşüblər – VİDEO

Moskva dairəvi yolunda martın 11-də baş verən qəzada dörd nəfər ölüb. Zərərçəkənlərin təxliyəsinə Moskva aviasiya mərkəzinin iki helikopteri cəlb edilib.

METBUAT.info xəbər verir ki, bu barədə RİA Novosti-yə paytaxtın mülki müdafiə və fövqəladə hallar üzrə departamentinin nümayəndəsi bildirib.

Bir avtomobilin qəzaya düşməsi dörd adamın xəsarət almasına səbəb olub. Xəsarətlər o qədər ciddi olub ki, onları helikopter ilə təxliyə etmək lazım olub. Moskva üzrə DİN Baş İdarəsindən “Zvezda” saytına verilən məlumata görə, qəzaya səbəb “Renault Logan” avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.

Oxu.Az-a daxil olan məlumata görə, qəzaya düşənlərin hamısı azərbaycanlıdır. Bu, Lənkəran sakinləri - Mais Salayev (komadadır), Ramin Həbibov (son məlumata görə, dünyasını dəyişib, onun qardaşı Zamiq Həbibovdur (ağır vəziyyətdədir). Qəzada xəsarət alan dördüncü şəxsin adı hələlik məlum deyil.

a>