27.03.2017

Mənzil bazarında qiymətlər dəyişir

Bu ilin yanvar-fevral aylarında mənzil bazarında müxtəlif qiymətlər müşahidə olunub.

METBUAT.info xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, bu ilin yanvar ayında təkrar mənzil bazarında dollarla ifadədə 2,75 faiz artım olub, ilkin mənzil bazarında isə yanvar ayında artım 2,94 faiz təşkil edib.

N.İbrahimovun sözlərinə görə, fevral ayında təkrar mənzil bazarında dollarla ifadədə 2,39 faiz azalma olub, ilkin mənzil bazarında isə azalma 1,22 faiz təşkil edib.

Ekspert bildirib ki, yanvar ayında qiymətlərin artımı ötən ilin dekabr ayında müşahidə edilən aktivlik səbəbindən baş verib: “Ona görə də qiymətlərdə artım müşahidə olundu, amma yanvarda aktivlik aşağı düşdüyünə görə fevralda qiymətlərdə azalma oldu”.