26.03.2017

Əmisi tərəfindən zorlanan 14 yaşlı qız hamilədir - QƏSƏBƏ ŞOKDA

Əmisi tərəfindən zorlanan 14 yaşlı qız hamilədir - QƏSƏBƏ ŞOKDABir ailə daxilində baş vermiş dəhşətli hadisə bütün qəsəbəni şoka salıb.
Türkiyədə İzmirin Kiraz qəsəbəsində iki il əvvəl əmisinin cinsi təcavüzünə məruz qalan azyaşlı qız dövlət qorumasından uzaqlaşdırılaraq ailəsinə təhvil verilib. Bu zaman məlum olub ki, uşaq müxtəlif şəxslərin də cinsi təcavüzünə məruz qalıb.

METBUAT.info Türk mediasına istinadla xəbər verir ki, azyaşlı qız artıq 8 aylıq hamilədir. O, qanuni abort müddəti bitdiyi üçün ana olacaq.

Hadisə iki il əvvəl qızın 12 yaşı olarkən baş verib. Eyni evdə yaşadığı əmisini tərəfindən cinsi təcavüzə məruz qalıb və bu haqda polisə xəbər verilib. “Uşağa qarşı seksual xarakterli hərəkətlər etməsi” ittihamı ilə həbs olunan əmi 3 ay sonra həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıb.
Buna səbəb isə qızcığazın istintaqın gedişində ifadəsini dəyişməyə məcbur edilməsi olub. Beləcə, əmisi bəraət alıb. Məhkəmə qızı dövlət qorumasına deyil, atasına təslim etdiyi üçün qız yenidən əmisiylə eyni evdə yaşamağa mahkum olub.

M.A heç ana nəvazişi görməmiş bir qızcığazdır. Onu 15 dekabr 2003-də dünyaya gətirən anası qızın bir yaş yarımında evi tərk edib. Qızı atası Əli ilə nənəsi Fatma böyüdüb.

M.A. "Dedi-qoduların məktəbdə da yayılması səbəbindən” orta məktəbi ikinci sinifdən buraxıb.
Bu ay martın 14-də bətnindəki ağrıların şiddətlənməsinə görə atası ilə dövlət xəstəxanasına gedən uşağın 32 həftəlik hamilə olduğu müəyyənləşdirilib. Xəstəxana təcili olaraq bu haqda polisə və prokurorluğa xəbər verib. 14 yaşlı qızın bu dəfə başqa şəxs tərəfindən cinsi təcavüzə məruz qaldığı ortaya çıxıb. Həmin şəxs həbs olunub.

Bundan sonra da qızcığaz dövlət qorumasına deyil, atasına verilərək evə göndərilib. Amma yerli insan haqları müdafiəçilərinin müdaxiləsindən sonra hamilə qız bir himayə evində "ana olmaq üçün" gün sayır.