29.03.2017

Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya (11 mart) və Yerevana (27 mart) səfərlərinin nəticələrinə dair bəyanat yayıblar.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu deyilir.

Danışıqlar zamanı həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin missiyasına dəstəyin davam etdirilməsinin və bu missiyanın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər həmçinin atəşkəs rejiminə hörmət edilməsinin etimad ab-havasının yaradılması və danışıqların davam etdirilməsi üçün olduqca vacib olduğunu qeyd ediblər. Bəyanatda həmsədrlərin ATƏT-in Minsk qrupunun üzvlərini indiki vəziyyət barədə məlumatlandırmaq üçün Vyanaya səfər edəcəyi bildirilir.

a>