12.03.2017

Minik avtomobili “KamAZ”a çırpıldı: Ölən var

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

METBUAT.info lent.az-a istinadən xəbər verir ki, 18 yaşlı Quliyev Təbriz Eldəniz oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili “KamAZ”a çırpılıb.

Nəticədə minik avtomobilini idarə edən gənc oğlan hadisə yerindəcə vəfat edib. İlkin araşdırma zamanı T.Quliyevin sürücülük vəsiqəsinin olmadığı və avtomobilin onun atasına məxsus olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

a>