23.03.2017

Məhsulların arxasındakı xüsusi kodlara diqqət edin

Demək olar ki, hər birimiz müxtəlif qidalardan istifadə edirik. Bu şirniyyatdan tutmuş ərzaq məhsullarına kimi hər bir şey ola bilər. Amma bu qidaların tərkib hissələrinin qeyd olduğu yerdə həmin qidalardan istifadə zamanı nə kimi xəstəliklərə yoluxa biləcəyiniz kodlar qeyd olunub. Bəs gəlin görək hansı kod həyatımız üçün təhlükə yarad bilər.

"METBUAT.info" xezerxeber.az-a istinadən bildirir ki, müxtəlif şirniyyatlar,içkilər,fərqli çərəzlər...İnsanların bir çoxu bu məhsullardan gündəlik istifadə etsələr də onların hansısa fəsada yol aça biləcəyindən xəbərsizdilər.

Bir çox məhsulların arxasında tərkib hissələrinin yazılduğı yerdə xüsusi qeydlər var. Hansıkı bu qeydlər istifadə edilən məhsulun sonradan nə kimi xətsəliklərə yol aça biləcəyini izah edir.
Göründüyü kimi nə satıcılar satdıqları, nə də alıcılar istifadə etdikləri məhsuların onlara nə kimi zərər verə biləcəyini bilmirlər.Məhsulların arxa hissəsində qeyd olunan bu hərflər hər hansı bir yazı yox xəstəlik göstəricisidir.

Məsələn bir çox məhsulların qabının üzərində E kodu ilə 122, 141, 150 nömrələri ilə məhsulun qaraciyər və böyrək xəstəliklərinə, E 131, 280, 330 kanserogen xəstəliklərə, E154, 212, 635 isə bağırsaq xəstəliklərinə yol açdığına dair xəbərdarlıq edilir. Bunlar kimi bir çox kodlar var ki, insan həyatı üçün təhlükəli hesab edilir. Həmin kodlar həmçinin məhsulun tərkibi haqqında da məlumat deməkdir.
Qida mütəxəssisləri də bu məsələ də insanları diqqətli olmağa səsləyirlər. Bu kodlar adi kimi görünsə də nəzərə alınması sağlamlıq üçün olduqca vacibdir.

Amma bu o demək deyilki, bu qidalardan uzaq gəzmək lazımdır. Əsas olaraq həmin qidanın miqdarına fikir vermək lazımdır.
Səhhətində hər hansı bir problem yaşamaq istəməyənlər istifadə etdiyi qidalara diqqətlə fikir verməlidir.

a>