24.03.2017

Messi Argentina yığmasına vacib qələbə qazandırdı – VİDEO

“Barselona”nın hücumçusu Lionel Messinin qolu Argentina yığmasına futbol üzrə 2018-ci il Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Çili komandası üzərində qələbə qazandırıb.

METBUAT.info xəbər verir ki, Messi matçın 16-cı dəqiqəsində penalti zərbəsindən fərqlənib. [oxu.az]

Bu qələbə sayəsində argentinalılar xallarının sayını 22 çatdıraraq turnir cədvəlində üçüncü pilləyə qalxıblar. Çili komandası isə 20 xalla hazırda altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçiriləcək.