24.03.2017

Meksikada 29 məhkum tunel qazaraq həbsxanadan qaçdılar

 Meksikada 29 məhkum həbsxanada 40 metrlik tunel qazaraq azadlığa çıxıblar.

"METBUAT.info" xəbər verir ki, qaçan məhkumlardan 12-si artıq həbs edilib. [oxu.az]

Hadisə Meksikanın şimalında Tamaulipas əyalətində baş verib. Məhkumlar 5 metr dərinlikdə 40 metr uzunluğu olan tunel qazıblar. Həbsxanadan qaçan məhkumlardan biri yoldan ötən avtomobili saxlatdıraraq sürücünü öldürüb və maşını ələ keçirib.

30 nəfər həbsxana işçisinə qarşı cinayət işi başlayıb. Azadlığa çıxan məhkumların saxlanılması üçün ətrafdakı əyalətlərdən də yardım tələb edilib.