23.03.2017

Medvedev Putini təkzib etdi: Mən heç xəstələnməmişdim

Rusiyanın baş naziri Dmitri Medvedev nəqliyyat daşımaları sahəsində kiçik və orta biznes nümayəndələri ilə görüşdə son vaxtlar xəstələnmədiyini bildirib.
METBUAT.info-nun xəbərinə görə, bu barədə cümə axşamı, martın 23-də, İnterfaks nəşri məlumat yayıb.

Tədbir iştirakçılarından biri hökümət başçısını salamlayaraq onu sağalması münasibəti ilə təbrik edib.

“Mən heç xəstələnməmişdim”, - Medvedev ona cavab verib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Nazirlər Kabinetinin iclasında Medvedevin xəstələndiyini vurğulamışdı. Rusiya lideri bildirmişdir ki, epidemioloji vəziyyət normallaşsa da, ümumi vəziyyət hələ də ciddidir:

“Dmitri Anatolyeviçi qoruya bilmədik”, - Putin həmin vaxt demişdi.

a>